“Rusiya müsəlmanlarının ilahiyyat mirası” adlı I Beynəlxalq Forum keçirilib

“Rusiya müsəlmanlarının ilahiyyat mirası” adlı I Beynəlxalq Forum keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar İslam Akademiyası və Kazan Federal Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Rusiya müsəlmanlarının ilahiyyat mirası" adlı I Beynəlxalq Forumda iştirak edib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, forumda Rusiya ilə yanaşı, Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Yəmən, Malayziya başda olmaqla, dünyanın bir çox ölkəsinin dinşünas və şərqşünas alimləri iştirak ediblər.

Aİİ prorektoru Aqil Şirinov Forum çərçivəsində keçirilən "İlahiyyat mirasında ənənələr və yenilənmə" mövzusunda təşkil olunan konfransda "Musa Carullah Bigiyevin düşüncə sistemində "Təcdid" konsepsiyası" adlı məruzə ilə çıxış edib.

Məruzədə İslam Təcdid ənənəsinin qabaqcıl təmsilçilərindən olan tatar mütəfəkkir Musa Carullah Bibiyevin (1875-1949) dini mətnlərə və ilahiyyat elmlərinə baxışından, eləcə də onun İslam dünyasında mövcud olan problemlərlə əlaqəli təqdim etdiyi həll yollarından bəhs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31