Milli Məclis sabah toplaşacaq
Milli Məclis sabah toplaşacaq
21 Oktyabr 2019 12:12 SosialOktyabrın 22-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək. "Olaylar" xəbər verir ki, iclasın gündəliyinə ilkin olaraq, 23 məsələ daxil edilib. Gündəliyə daxil edilən məsələlər arasında "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında", "Büdcə sistemi haqqında", "Dövlət rüsumu haqqında", "Standartlaşdırma haqqında", "Məşğulluq haqqında", "Kinematoqrafiya haqqında", "Reklam haqqında", "Uşaq hüquqları haqqında" və sair qanunlara, o cümlədən, Mülki və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri var. Qeyd edək ki, əksər qanun layihələri üçüncü oxunuşdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31