Ölkədə fikir, söz, məlumat və ifadə azadlığı tam təmin edilir, bu istiqamətdə davamlı addımlar atılır

Çünki ortada siyasi iradə mövcuddur

Bu bir reallıqdır və nə qədər təəssüfedici də olsa da, Azərbaycana qarşı bütün məsələlərdə, bütün sahələrdə ikilis standartlar, yanaşma özünü büruzə verir, göstərir. İstər regional proseslər, Dağlıq Qarabağ problemi ilə bağlı məsələ olsun, istərsə də siyasi, mədəni və ya humanitar, hər bir istiqamətdə qeyd etdiyimiz mənfi tendensiya özünü büruzə verməyə başlayıb.

Məsələn, götürək siyasi proseslərdən.  Azərbaycan 1991-ci ildən, XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyi əldə etdiyi  vaxtdan etibarən demokratik dünyanın bir üzvü olmağa, bütün prosesləri demokratik cəmiyyətlərə xas olaraq tənzimləməyə çalışıb. Bu sırada ölkədə siyasi islahatların keçirilməsi də yer alır. Seçki prosesinin təkmilləşdirilməsi, Seçki Məcəlləsinin qəbulu, seçkilərdə iştirak etmək üçün siyasi partiyalara bərabər imkanların yaradılması, eləcə də digər vacib nüansları qeyd etmək olar. Siyasi sriahədə islahatlar, məqsədyönlü addımların atılması bu gün də davam edir. Müstəqillik illərindən sonra siyasi sahədə həyata keçirilən məqsədyönlü islahatlar, bu sahədə yeni qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, qanunların təkmilləşdirilməsi siyasi partiyaların təsis edilməsi, onların normal şəkildə fəaliyyət göstərməsi üçün də zəmin yaradıb. Məhz həyata keçirilən bu kimi təbdirlərin nəticəsidir ki, günümüzdə ölkədə onlarla siyasi partiya fəaliyyət göstərir. Həmin partiyalar içərisində müxtəlif siyasi yön və baxışlılarının olması Azərbaycana siyasi plüralizmin mövcudluğunun təsdiqidir. Ancaq buna baxmayaraq hələ də bir çox hallarda bir çox beynəlxalq təşkilat vəı qurumlar sözügedən məsələ ilə bağlı hazırladıqları hesabat və bəyanatlarda, açıqlamalarda qərəzli olaraq Azərbaycan siyasi plüralizmin mövcud olmadığı iddiası ilə çıxış edirlər. Baxmayaraq onların bu kimi əsassız və qərəzli arqumentlərinə qarşı əks arqument ortaya qoyularaq Azərbaycanın qanunverici orqanı sayılan Milli Məclisin tərkibi, orada müxtəlif siyasi partiyaların nümayəndələrinin təmsil olunduğunu göstərir, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların sayı, tərkibi, siyasi yönünə diqqət etmələri tövsiyə olunur, ancaq buna baxmayaraq hər zaman Azərbaycanı qaralamağa, onu nüfuzdan salmağa çalışan həmin beynəlxalq dairələr öz qərəzlərindən əl çəkmir,  heç bir halda Azərbaycanda siyasi atmosferdə mövcud olan reallıqla barışmaq istəmir, onu qəbul etmirlər.

Yaxud, fikir, söz və məlumat azadlığı məsələsində hər zaman Azərbaycana qarşı bir qərəz, ədalətsiz yanaşma mövcud olub və belə bir yanaşma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, günümüzdə də özünü göstərir. Hər zaman media sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat və qurumlar, qeyri-hökumət təşkilatları qərəzli olaraq Azərbaycada fikir, söz və məlumat azadlığının pozulduğu iddiası ilə çıxış ediblər. Baxmayaraq ki, siyasi partiyalar kimi, Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin də sayı kifayət qədərdir və həmin kütləvi informasiya vasitələri iqtidar mediası, müstəqil mətbuat və müxalifət KİV-lərini əhatə edir, ancaq buna rəğmən bir qayda olaraq Azərbaycanda fikir və söz, media və mətbuat azadlığının müntəzəm olaraq pozulduğu qərəzli şəkildə ortaya qoyulur. Hələ bu sıraya dövlətin, xüsusilə dövlət başçısı Cənab İlham Əliyevin mətbuat sahəsində göstərdiyi diqqət və qayğını, kütıəvi informasiya vasitələrinin normal fəaliyyəti üçün ölkədə yaradılan münbit şəraiiti əlavə etsək, o zaman hər bir kəs tam əminliklə deyə bilər ki, qeyd edilən hesabat və bəyanatlar bir qayda olaraq qərəzli hazırlanıb və təəssüf ki, həmin qərəz bu gün də davam edir.

Elə ictimai fəal Səbinə Novruzzadə də məhz bi qənaətdədir. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev davamlı olaraq kütləvi informasiya vasitələrinin normal fəaliyyəti üçün çalışır, bu istiqamətdə davamlı və sistemli, məqsədyönlü addımlar atır. Səbinə Novruzzadə hesab edir ki, müstəqillik illərindən sonra Azərbaycan mətbuatı bu günkü kimi inkişaf etməyib: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev demokratik dünyagörüşünə malik olan görkəmli dövlət başçısı, qətiyyətli liderdir. Azərbaycanda demokratikləşdirmə prosesi məhz Cənab Prezidentin siyasi iradəsilə həyata keçirilir. Özünün də dediyi kimi, dövlət başçısı  siyasi baxışlarından asılı olmayarq, hər bir azərbaycanlının prezidentidir. Bu düşüncə tərzi, bu təfəkkür Azərbaycanın sürətlə demokratikləşməsini təmin edir, ölkədə mövcud olan sağlam ab-havanı bir qədər də möhkəmləndirir. Sözsüz ki, bu cür münbit şərait mətbuatın inkişafına müsbət təsir göstərir". Səbinə Novruzzadə tam əminliklə bildirib ki, Azərbaycan mətbuatı dövlət qayğısı ilə hərtərəfli təmin olunub.  Onun sözlərinə görə, Bakı şəhərində jurnalistlər üçün çoxmərtəbəli binaların inşası, ildə iki dəfə çap mətbuatına qrantların ayrılması, ayrı-ayrı dövlət qurumları ilə birgə həyata keçirilən layihələr mətbuatımızın maddi-texniki bazasını nəzərəçarpacaq dərəcədə gücləndirib: "Azərbaycan dövlətinin mətbuatın inkişafında maraqlı oldğu açıq-aşkar görünür.Bu fakt bizi sevindirir. Çünki bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər də hər zaman ölkədə azad medianın mövcud olmasından yana idi və onun prezidentlik illərində atdığı addımlar bunu bir daha sübut edirdi: " Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 6 avqust 1998-ci ildə senzuranı ləğv etməsi mətbuat tariximizin ən yaddaqalan hadisəsi sayıla bilər. Heydər Əliyev təkcə jurnalistlərə deyil, bütün yaradıcı insanlara diqqətlə yanaşıb, onlara qayğı göstərib. Təsadüfi deyil ki, ümummilli liderimiz sağlığında "Jurnalistlərin dostu" mükafatına layiq görülüb, mətbuatın təmənnasız hamisinə çevrilib. Əgər xatırlayırsınızsa, məhz Heydər Əliyevin göstərişi ilə dəfələrlər qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan borcları dondurulub. Heydər Əliyev jurnalistlərin ən sevimli müsahibi idi. O, bütün suallara təmkinlə cavab verir və bu hərəkəti ilə məmurlara nümunə olurdu. Azərbaycan mətbuatı bu gün ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sağlam zəmin üzərində yüksəlir". Natiq onu da qeyd edib ki,  Azərbaycan mətbuatının şanlı tarixi, zəngin ənənələri var və milli mətbuatımız 145 ilə yaxındır ki, , cəmiyyəti maarifləndirir, insanları ən son yeniliklərlə tanış edir: "Təbii ki, zaman dəyişdikcə mətbuatın da missiyası dəyişir, kütləvi informasiya vasitələri müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırlar. Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra milli mətbuatımız qısa müddət ərzində böyük inkişaf yolu keçdi. Hazırda Azərbaycanda çox güclü media orqanları var. Onlar müxtəlif holdinqlərdə birləşiblər. Orta və yaşlı nəsli təmsil edən həmkarlarım danışırlar ki, ötən əsrin 90-cı illərində KİV redaksiyaları daimi iş yeri sayılmırmış. Hətta ən çox oxunan qəzetin də bir gecədə bağlanmaq təhlükəsi varmış. İndi isə durum fərqlidir. Jurnalistlər KİV redaksiyalarına daimi iş yeri kimi baxa bilir, həvəslə yazıb-yaradırlar. Sözsüz ki, burada dövlətin mətbuata göstərdiyi qayğının böyük rolu var. Azərbaycan dövləti çətin dövrdə KİV-ləri və jurnalistləri tək qoymadı. Çətinliklər isə çoxdan arxada qalıb.Obrazlı desək, tuneli çoxdan tərk etmişik". Səbinə Novruzzadə qeyd edib ki, bütün qərəzli yanaşmalar, əsassız iddalara rəğmən Azərbaycan cəmiyyəti açıq şəkildə görür ki, ölkədə fikir, söz, məlumat və ifadə azadlğı tam təmin edilir, bu istiqamətdə davamlı addımlar atılır. Çünki ortada siyasi iradə mövcuddur: "Azərbaycanda söz və mətbuat azadlığı, fikir plüralizmi ən yüksək səviyyədə təmin olunub. Bizim ölkəmizdə insanlar öz düşüncələrini sərbəst şəkildə ifadə edə, onları narahat edən problemləri asanlıqla ictimailəşdirə bilirlər. Azərbaycanda hakimiyyətə alternativ olan siyasi qüvvələrin öz mətbu orqanları var. Söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunduğu üçün müxalifyönümlü mətbuatın fəaliyyətinə heç bir mane yoxdur. Əvvəlki illərdən fərqli olaraq, indi dövlət qurumları da mətbuatla əməkdaşlığa xüsusi diqqət yetirir. Bu isə jurnalistlərin onlara lazıim olan məlumatları vaxtında əldə etməsini asanlaşdırır". Səbinə Novruzzadə onu da diqqətə çatdırıb ki, Azərbaycanda peşəkar jurnalist ordusu var və həqiqi jurnalistlərin yaradıcılığında, yanaşma tərzində yalana, böhtana, şərə yer yoxdur: "Sensasiya, ucuz şöhrət axtarışı heç kimi xoşbəxt etməyib. Əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı bu mərhələni çoxdan arxada qoyub. Buna görə də mən mətbuatımızın gələcəyinin daha parlaq olacağına inanıram".

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31