Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

Oktyabr 18-də gənclər və İdman  naziri  Azad  Rəhimov  Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonlarından  olan vətəndaşları  qəbul  edib.  Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki,  qəbulda  ümumilikdə 20-ə yaxın vətəndaş  iştirak  edib.

Vətəndaşlar  "Gənclər ev"lərinin,  Olimpiya  İdman  Komplekslərinin,  bir sıra idman  qurğularının  tikintisi  və  təmiri, eləcə də, idman arenalarına   avadanlıqların  verilməsi ilə bağlı müraciət ediblər. Eyni zamanda, iş ilə təminat,  fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  də müraciətlər sırasında olub.

Müraciətlərin  bir  qismi  yerindəcə  həllini tapıb,  nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti   üzrə  göndəriləcəyi  bildirilib. Bir  qisim müraciət isə  baxılması  üçün  icraya  yönəldilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31