Yeni doğulan körpələr necə çimizdirilməlidir?
Yeni doğulan körpələr necə çimizdirilməlidir?
18 Oktyabr 2019 16:28 SosialDünyanın ən gözəl anlarından biri, körpənizi qucağınıza aldığınız o andır. Bununla birlikdə uşağınıza qarşı məsuliyyətiniz daha çox arta və tərəddüdlər yaşaya bilərsiniz. Bu tərəddüdlərdən biri də körpənin ilk dəfə çimizdirilməsidir... Unutmamalıyıq ki, körpələr təbiətinə görə onsuzda olduqca təmizdirlər. Amma yenə də diqqətli olmaq lazımdır.
Azadinform həmin araşdırmanı təqdim edir:
Həftədə 3 dəfədən çox çimizdirməyin
Məsələn, gündə bir dəfə boyun hissəsini və hər iki yanaqlarını ilıq bir nəmli bezdən istifadə etməklə silin. Sabunlu bez olmasına ehtiyac yoxdur. Bunu bir adətə çevirə və hətta gecə yatmadan öncə də təkrarlaya bilərsiniz. Bundan başqa körpənizi ilk dəfə çimizdirirsinizsə süngər seçiminizə də diqqət edin. Yeni doğulan körpənin dərisi həssas olduğuna görə, quruluğa və qıcıqlanmağa meylli olması səbəbi ilə həftədə 3 dəfədən artıq çimizdirmək olmaz.

Birinci addım: Harada çimizdirəcəyinizi ayırd edin
Körpənizin çimizdirəcəyiniz yeri hazırlamaqla başlayın. İsti bir otaqda düz amma rahat bir səthdə uzanmasını təmin edin. Mütəxəssislərin çoxu, uşaq otağı üçün ideal temperaturun 20-24 dərəcə arasında olduğu mövzusunda həmfikirdirlər. Körpənizi rahat yumağınız üçün kiçik daşınabilən vannadan istifadə edə bilərsiniz.
İkinci addım: Hamamı hazırlayın
Körpəni çimizdirəcəyiniz su qabını sabunsuz ilıq su ilə doldurun. Körpənin dərisinin aşırı dərəcədə həssas olduğunu unutmayın, bu səbəblə də çox isti sudan uzaq durun. Suyu yoxlamaq üçün əliniz yerinə dirsəyinizi suya batırın, əgər su isti ya da soyuq deyilsə, düzgün seçim etmisiniz deməkdir. Bunun üçün vanna termometri də ala bilərsiniz.
Üçüncü addım: Vəsaitləri öncədən hazırlayın
Əlinizin altında lazım olan vəsaitlərin rahat yerlərdə olmasına fikir verin.

Bəs nələr lazımdır?
- Yumşaq bir bez və ya süngər
- İki dəsmal: Biri körpənizi qurutmaq üçün, digəri isə yanlışlıqla birincini islatdığınız anda lazım ola bilər.
- İstəyə bağlı uşaq bezi

Dördüncü addım: Çimizdirmək
- Körpənin öncə üzünü yuyaraq başlayın. Parçanı və ya süngəri yaxşıca sıxdığınızdan əmin olun.
Beləliklə, burnuna, gözlərinə və ya ağzına su girməməsinə diqqət edin.
- Körpəni çimizdirdikdən sonra yumşaq bir dəsmalla qurudun. Çimizdirərkən əsla sabun istifadə etməyin.
- İlk ay üçün sabundan uzaq durun.
- Hamamda sakit bir hava yaradın.
- Körpəni suya girmədən öncə və sonra ilıq saxlayın.
- Dərinin quru hissələrini qurulayarkən diqqətli olun.
- İlk üç həftə boyunca ləkələri təmizləmək üçün süngəri hamamınızda saxlayın.
- Göbək hissəsini quru saxlayın. İnfeksiya göstəriciləri (qızartı, şişmə) görsəniz mütləq həkimə müraciət edin.
- Göbək hissəsi tam sağalmadan öncə körpəni suya batırmayın.
- Körpəni həkimin məsləhətindən sonra çimizdirin.
- Yeni doğulan körpəni həftədə 3 dəfədən çox çimizdirməyin.
- Uşaq losyonu və ya uşaq pudrasından istifadə edərkən diqqətli olun. Uşaq pudrası nəfəsi borusunu qıcıqlandıra, losyonlar dəridə neqativ reaksiyalara səbəb ola bilər.