Azərbaycan və Namibiya arasında birgə kommunike İMZALANDI
Azərbaycan və Namibiya arasında birgə kommunike İMZALANDI
18 Oktyabr 2019 14:08 SosialNamibiyanın Əddis-Əbəbə şəhərindəki Səfirliyində "Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike" imzalanıb.
Olaylar.az bildirir ki, sözügedən sənədi Azərbaycan tərəfindən səfir Elman Abdullayev, Namibiya tərəfindən isə səfir Emilia Mkusa imzalamışlar.
Mərasim zamanı çıxış edən səfir Elman Abdullayev Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli, eləcə də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, Namibiyanın Afrikanın inkişaf etmiş dövlətlərdən biri olduğunu bildirmişdir. Namibiya səfiri Emilia Mkusa da öz növbəsində ölkəmizin uğurlu inkişaf yolunu yüksək qiymətləndirərək, Azərbaycanı Afrika ölkələrinin etibarlı tərəfdaşı olduğunu xüsusi olaraq vurğulamışdır.
Qeyd olunan Saziş imzalandıqdan sonra Azərbaycan Respublikasının diplomatik münasibətlər qurulmuş Afrika ölkələrin sayı 51-ə çatmışdır.

