İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır

İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin təşəbbüsü iləAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Vikipediya" Metodik Mərkəzi fəaliyyətə başlayır.  "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, yeni yaradılmış mərkəzin könüllüləri MEK "Vikipediya" Metodik Mərkəzinin təlimlərinin iştirakçılarıdır.Onlar  "Vikipediya"da dini və digər mövzularda məqalələrin yaradılması və redaktə olunması ilə məşğul olacaqlar.

Aİİ rektoru Ceyhun Məmmədov "Vikipediya" könüllüləri ilə görüşərək onlara uğurlar arzulayıb. Bildirib ki, İnstitutda "Vikipediya" Metodik Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan həqiqətlərinin, tolerant və multikultural mühitin təbliği, ilahiyyat elmləri sahəsində müxtəlif məqalələrin yerləşdirilməsi baxımından əhəmiyyətlidir. C.Məmmədov "Vikipediya"nı müasir dünyamız üçün önəmli ensiklopedik resurs adlandırıb:"Bu vasitə ilə Azərbaycan həqiqətlərinidünyaya çatdırmaq üçün mütləq fəal olmalıyıq. "Vikipediya"  qeyd etdiyim fəaliyyət yönündəbizə yeni imkanlar yaradır". O, eyni zamanda, tələbələrə fərdi bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətindəhəyata keçirilən layihələrdə aktiv olmağı tövsiyə edib.

Məlumat üçün bildirək ki, hazırda "Vikipediya" Metodik MərkəziTədris;Beynəlxalq təcrübənin öyrənilməsi;Monitorinq;Məsləhət xidməti;İnformasiya təminatı;Təbliğat;Elmi-tədqiqat bölmələri üzrə fəaliyyət göstərir. Mərkəzin könüllüləri Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı müxtəlif məqalələr hazırlayarılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31