Brasilia Dövlət Universitetində Multikulturalizm mövzusunda mülahizələr dinləniləcək
Brasilia Dövlət Universitetində Multikulturalizm mövzusunda mülahizələr dinləniləcək
18 Oktyabr 2019 11:42 SosialBrasilia Dövlət Universitetində Multikulturalizm mövzusunda aparılacaq mühazirələrə start verilib. Azərbaycan Dillər Universiteti, ölkəmizin Braziliyadakı Səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə təşkil olunmuş kurs iki həftə ərzində davam edərək otuzdan artıq dinləyicini əhatəliyəcək.
Olaylar.az bildirir ki, silsilə mühazirələrin acılısında Azərbaycan Respublikasının Braziliyadakı Səfiri E.Poluxov çıxış etmiş, tolerantlıq və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, həmçinin, multikultural modellərinin təşviqinin vacibliyini qeyd etmiş və Azərbaycan rəhbərliyinin bu məsələlərə xüsusi diqqət yetirdiyini vurğulamışdı. Professor Leyla Bijosun və Dillər universitetinin professoru xanım İrina Kuninanın iştirakı ilə 30 saatlıq bu kursda, yeli tələbələrlə birlikdə Azərbaycanda multikulturalizmin və tolerantlığın kökləri və təcrübəsi dərindən öyrənilərək Braziliya modeli ilə müqayisə ediləcək.
Həyata keçirilən mülahizələr zamanı ölkəmiz haqqında materiallar tədbir iştirakçılarına paylanılması nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Braziliyada təşkil olunmuş Azərbaycanın multikulturalizm modelinə həsr edilmiş bu mühazirələr Latin Amerikası qitəsində ilk belə təcrübədir və regionun bir neçə digər ölkələrində tətbiq edilməsi də nəzərdə tutulur.

