Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil
Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil
17 Oktyabr 2019 17:28 SosialAzərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev yenidən əməliyyat olunmaq üçün Türkiyəyə gedir.
Olaylar.az xəbər verir ki, bu barədə Oxu.az-a xalq artistinin özü məlumat verib.
"Diz qapağımda ağrılar var. Qoyduqları dəmirdən biri gödəkdir. Gecələr ağrırlar verir. Elə də yaxşı deyiləm. Yəqin ki, yaşla bağlıdır. Bir dəfə əməliyyat olunmuşam. Amma yenidən əməliyyat olunacam. Ola bilsin ki, 3-4 gündən sonra Türkiyəyə getdim", - deyə Arif Babayev deyib.
Qeyd edək ki, 81 yaşlı Arif Babayev Türkiyədəki xəstəxanalardan birində ayağından əməliyyat olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31