19-cu əsrə aid nadir kitab tapılıb

19-cu əsrə aid nadir kitab tapılıb

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrdə dərc edilmiş nadir kitab tapılıb. "Olaylar" xəbər verir ki, şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin "El-Kafiye" əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub. Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun "Qeyri-adi tapıntılar" guşəsində saxlanılır.

Qeyd edək ki, çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar "Qeyri-adi tapıntılar" guşəsində yerləşdirilməklə "Təmiz Şəhər" ASC-yə təşkil olunan məlumat turlarnın iştirakçılarına nümayiş edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31