Paytaxtda Ermənistanı qədim “dövlət” kimi təbliğ edən kitab AŞKARLANDI- FOTO
Paytaxtda Ermənistanı qədim “dövlət” kimi təbliğ edən kitab AŞKARLANDI- FOTO
17 Oktyabr 2019 14:16 SosialSon günlər paytaxtda fəaliyyət göstərən məşhur kitab mağazasında "Qədim Qafqaz" (Древний Кавказ) kitabında mənfur düşmənimiz ermənistan geniş şəkildə təbliğ olunur.
Olaylar.az bildirir ki, 2017-ci ildə Moskvada çap olunan kitabın müəllifləri Çarlz Berni və Devid Lenqdir. Kitabda Ermənistan "qədim dövlət" kimi təqdim edilir. Hətta adıçəkilən kitabda "Urartudan Ermənistan dövlətinin yaranmasına qədər" adlı ayrıca fəsil də var.
383 səhifədən ibarət olan kitabda əvvəldən sona qədər Ermənistanın "mədəniyyəti", "tarixi", "ədəbiyyatı", "arxitekturası" təhlil və təbliğ olunur.
Kitabın Rusiya Federasiyasında yayımı və təbliğ olunması anlaşılan olsa da, ölkəmizdə geniş şəkildə təbliğ olunması bizləri narahat edir. 27 ildir Azərbaycan torpaqlarını işğal edən Ermənistanın Azərbaycanda fəaliyyət göstərən məşhur kitab mağazasında təbliği ilə kimlər və nə üçün məşğul olur?
