Telli "Maşın" şouda iştirakdan niyə İMTİNA ETDİ? - TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA
Telli "Maşın" şouda iştirakdan niyə İMTİNA ETDİ? - TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA
17 Oktyabr 2019 13:13 SosialBu insana dəfələrlə "Maşın" şouda iştirak təklifi etsək də, saqqızını oğurlaya bilməmişik
Olaylar.az xəbər verir ki, bunu "Maşın" şounun aparıcısı və layihə rəhbəri Murad Dadaşov verilişin dünənki buraxılışının qonaqları sırasında yer alan aşıq Tellini təqdim edərkən deyib.

Telli canlı efirdə Muradın təklifini niyə rədd etdiyini etiraf edib:
"Bunu ilk dəfə etiraf edəcəm. Mən yuxu xəstəsiyəm. Yatmağı çox sevirəm. İştirak etsəm, birinci gün mən əlimi çəkib gedəcəm. Ona görə də bu vaxta kimi dəvətinizi qəbul etməmişəm. Yan-yana 10 maşın da düzəsiniz, desəniz ki, "Bu 10 maşını seçirsən, yoxsa yuxunu?", mən yenə yuxunu seçəcəm. Yuxudan ötrü ölürəm".
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31