Azərbaycanda uşaq qaynar suyun içinə düşdü
Azərbaycanda uşaq qaynar suyun içinə düşdü
17 Oktyabr 2019 12:44 SosialŞəkidə azyaşlı qaynar su ilə dolu vedrənin üstünə yıxılıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndində qeydə alınıb.
Kənd sakini, altı yaşlı Qasım Elçin oğlu Qafurlu yaşadığı evin həyətində velosiped sürərkən ehtiyatsızlıqdan içərisində qaynar su olan vedrənin üstünə yıxılıb.
Nəticədə, azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, hər iki aşağı ətrafın və bədən səthinin qaynar su yanığı dioqnozu ilə Şəki Uşaq Xəstəlikləri Xəstəxanasına çatdırılıb.
Q.Qafurlunun vəziyyəti orta-ağır qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31