Ağaclar çox olan yerlərdə insanlar üçün sağlam mühit formalaşır

Ağaclar çox olan yerlərdə insanlar üçün sağlam mühit formalaşır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.Olaylar.az xəbər verir ki, bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start veriləcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il "Nəsimi ili" elan olunub AMEA nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvu Pənah Muradov bu  təşəbbüsün irəli sürülməsinin əhəmiyyətini qeyd edərək   hazırda bəşəriyyəti ciddi narahat edən, gələcək nəsillər üçün   öz təxirəsalınmaz həllini gözləyən ətraf mühitin problemlərinə ictimaiyyətin diqqətinin artırmasının vacibliyini qeyd etdi. Bildirdi ki, ağaclar çox olan yerlərdə insanların yaşaması və fəaliyyəti üçün vacib olan oksigen təminatı da yüksək səviyyədə olur və  havada yayılma qabiliyyətinə malik xəstəlik törədən bir çox mikrocanlıların fəaliyyəti zəidfləyir. Eyni zamanda,   çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinə də müsbət təsir edən yanaşmaalrdan hesab edilə bilər. 

Yaşıllıq sağlamlıq, gümrahlıq rəmzi olmaqla bərabər insan yaşayışının başlıca rəhnidir. İnsan övladı da onun üçün lazım olan təmiz havanı, oksigeni də məhz bu mənbədən alır.Mehriban xanımın  bu təşəbbüsü çox faydalı, gərəkli və yaşadığımız dünyanın, ətraf mühitin və ekologiyanın sabahına hesablanmış bir addımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31