Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası: "O gecə 28 yaşlı idman müəlliminin evində idim" - VİDEO

Yanıb külə dönmüş 12 yaşlı Firuzənin anası: "O gecə 28 yaşlı idman müəlliminin evində idim" - VİDEO

Binəqədidə yaşadığı evdə yanıb külə dönmüş 12 yaşlı Firuzənin ölümündə qonşular anasını günahlandırır. Qonşuların sözlərinə görə, yüngül həyat tərzi keçirən ana mütəmadi olaraq gecələr evə gəlməyib və həmin gecə də evdə olmayıb. Uşağı gecə saat 2-də yanıb külə dönən ananı polislər səhər saat 9-da tapıb gətiriblər. Ana tapılarkən Masazırda başqa bir kişi ilə bərabər olub.

Olaylar.az  xəbər verir ki, Firuzənin anası Zəminə Allahverdiyeva Zaur Baxşəliyevin "Bizimləsən" proqramında yanğın baş verən gecə Masazırda yaşayan 28 yaşlı Nail adlı idman müəlliminin evində olduğunu deyib:

"Uşağa dərman almağa pulum yox idi. İdman müəllimi var, tanışdır. Ondan borc istədim. Oğlumun oxuduğu məktəbdə işləyir. İşlədiyim marketdə tanış olmuşuq. Gecə işdən çıxıb onun evinə getdim. Onunla 1 stəkan çay içdim. 1 saata yaxın evində oldum. Mənə 15 manat verdi".

Yanğın baş verən zaman Firuzə yatmış vəziyyətdə olub. Onun hərəkətsiz bədəninin çox hissəsi külə dönüb. Yaşadığı mənzildə tək olan Firuzənin yanmasından əvvəlcə qonşular xəbər tutub və FHN-ə məlumat veriblər. Yanğın zamanı uşaq evdə tək, sahibsiz olub. 

Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına üz tutan 12 yaşlı Firuzənin atası, ata nənəsi və əmisi onun qəsdən öldürüldüyünü, izi itirmək məqsədilə cəsədinin yandırıldığını iddia ediblər. Onlar Firuzənin seksual təcavüzə məruz qaldığını və izi itirmək məqsədilə öldürüldüyünü iddia edirlər.

Firuzənin valideynləri boşanma ərəfəsində olublar. 9 aydır ayrı yaşayırlar.

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31