Piyadanı vurub qaçan sürücü saxlanıb
Piyadanı vurub qaçan sürücü saxlanıb
16 Oktyabr 2019 12:04 SosialNaftalanda piyadanı maşınla vurub qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 15-də saat 21 radələrində Naftalan şəhərinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Əsgərov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "VAZ-2107" markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini Z.Abdullayev saxlanılıb. Naftalan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31