“Müstəqil dövlətin müstəqil övladları” – adlı tədbir keçirildi

“Müstəqil dövlətin müstəqil övladları” – adlı tədbir keçirildi

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azərbaycanın müstəqilliyinə həsr olunmuş "Müstəqil dövlətin müstəqil övladları" adlı tədbir keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Şamaxı rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Ağakərim Ömərov və Şamaxı Veteranlar və ağsaqqalar şurasının sədri Ağarza Bayramov  iştirak ediblər.

Tədbir ilk olaraq məktəb şagirdlərinin əl işlərindən ibarət sərginin açılışı ilə başladı. Sərgidə məktəbin şagirdləri Səfərova Aysunun, Dəmirov Ayxanın, Xanalıyev Sadiqin əl işləri  və çəkdikləri şəkillər nümayiş etdirildi.

Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru  Gülnurə Babaşova Azərbaycanın müstəqillik yolundan danışıb.

Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Şamaxı rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Ağakərim Ömərov və Şamaxı Veteranlar və ağsaqqalar şurasının sədri Ağarza Bayramov Azərbaycanın ikinci dəfə əldə etdiyi suverenliyin məhz Heydər Əliyevin qətiyyətli uzaqgörən siyasəti nəticəsində dönməz xarakter aldığını diqqətə çatdırmışlar.

Çıxışlardan sonra şagirdlərin hazırladıqları bədii kompozisiyalar tədbir iştirakçılarına təqdim edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31