Gömrük əməkdaşları üçün seminar keçirilib

Gömrük əməkdaşları üçün seminar keçirilib

Oktyabrın 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı arasında həyata keçirilən "Hunter" layihəsi çərçivəsində gömrük əməkdaşları üçün "Sərnişinlərə dair ilkin məlumat (APİ) və Sərnişin adlarının qeydiyyatı (PNR) sahəsi üzrə hədəflərin müəyyənləşdirilməsi"mövzusunda dördgünlük seminar başlayıb. "Olaylar" xəbər verir ki, seminarın açılışında Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp iştirak ediblər.Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp seminarın açılışında çıxış edərək iki ölkə arasındakı əlaqələrdən bəhs edib, son dövrlərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlığa əlavə imkanlar yaratdığını diqqətə çatdırıb. İki ölkə arasında gömrük sahəsindəki əməkdaşlıqdan məmnunluğunu bildirən səfir, Azərbaycanın şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərinin inkişafı məqsədilə mühüm addımlar atdığını, effektiv sərhəd nəzarətinin bu istiqamətdə mühüm rol oynayacağını vurğulayıb və bu sahədə təcrübə mübadiləsinin önəmindən bəhs edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov bildirib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilən siyasət və prioritet hədəflər çərçivəsində gömrük orqanları iqtisadi təhlükəsizliyin təmin edilməsi, gömrük işinin daha müasir və çevik metodlarla tənzimlənməsi, xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühitinin formalaşdırılması və tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Komitə sədrinin müavini çıxışında gömrük sisteminin beynəlxalq təcrübə nəzərə alınmaqla, müasir və yeni çağırışlara cavab verən model əsasında formalaşdırıldığını, yeni idarəçilik mexanizmlərinin tətbiqinə başlanıldığını qonaqların diqqətinə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31