Həyat yoldaşına narkotik ötürmək istədi
Həyat yoldaşına narkotik ötürmək istədi
15 Oktyabr 2019 15:07 SosialPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop madə keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə "metamfetamin" aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31