Azərbaycanın müstəqillik günü Dağıstanda da qeyd ediləcək

Azərbaycanın müstəqillik günü Dağıstanda da qeyd ediləcək

Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) Dağıstan nümayəndəliyinin təşkilatçılığı ilə Mahaçqala şəhərində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək.

"OLAYLAR" Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, RAİ-nin Dağıstan üzrə nümayəndəsi, Mahaçqala Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Rakif Əzizov və bu şəhərdə yaşayan azərbaycanlıların iştirakı ilə oktyabrın 18-də baş tutacaq tədbirə mərhum akademik Əziz Əliyevin Mahaçqala şəhərində ucaldılan xatirə kompleksini ziyarət və abidənin önünə çiçək qoyulması ilə başlayacaq.

Daha sonra konsert proqramı ilə davam edən tədbirin sonunda Mahaçqaladakı "Aradeş" restoranında bayram süfrəsi açılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31