Kafedən pul oğurlayan Bakı sakini saxlanıb
Kafedən pul oğurlayan Bakı sakini saxlanıb
15 Oktyabr 2019 13:09 SosialPaytaxt Bakıda oğurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də rayon ərazisindəki kafelərin birindən 1881 manat və 400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.İbrahimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31