Nazir müavini 6 rayonun vətəndaşlarını qəbul edəcək

Nazir müavini 6 rayonun vətəndaşlarını qəbul edəcək

Vergilər nazirinin müavini Mətin Eynullayev 21 oktyabr 2019-cu il tarixində Bərdə şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Bərdə şəhəri, A.Məmmədov küçəsi) Bərdə, Yevlax, Şəki, Ağdam, Tərtər rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar 14-17 oktyabr 2019-cu il tarixlərində 11 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Bərdə, Şəki və Tərtər rayon, habelə Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected]elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31