Ərtoğrol Cavidin xatirəsi anılıb

Ərtoğrol Cavidin xatirəsi anılıb

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin oğlu, istedadlı bəstəkar Ərtoğrol Cavidin vəfatının 76-cı ildönümü münasibətilə AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində onun xatirəsinə həsr olunmuş sərgi təşkil edilib.

Solaylar.az bildirir ki, sgidə Ərtoğrol Cavidin şəxsi əşyaları, əlyazma sənədləri, rəsm əsərləri, musiqi notları nümayiş etdirilir. 

Bundan başqa, oktyabrın 22-də Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə muzeydə keçiriləcək "Ərtoğrol Cavid-100" mövzusunda respublika elmi konfransına hazırlıq işləri davam etdirilir. Muzey tərəfindən yubileyə həsr edilmiş konfrans materiallarının,  "Ərtoğrol Cavidin ömür salnaməsi" kitabının və Ə.Cavidin musiqi əsərlərindən ibarət not kitabının da çap edilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31