“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri
“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri
14 Oktyabr 2019 15:35 SosialOktyabrın 14-də Sabirabad regional "ASAN xidmət" mərkəzində Yaponiyanın mədəniyyət günləri tədbiri keçirilib.
Olaylar.az bildirir ki, bu, ASAN könüllüləri tərəfindən multikulturalizm mövzusunda reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.
Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə həmin ölkənin milli geyimləri, mətbəxinin ən məşhur nümunəsi olan suşi nümayiş etdirilib.
Həmçinin milli mətbəximizin təamları hazırlanaraq xüsusi guşədə təqdim olunub.
Mərkəzin könüllüləri tərəfindən oriqami üsulunda hazırlanmış əl işlərinin sərgisi də baş tutub.
Yaponiyanın milli bayramları ilə əlaqədar olan guşədə isə həmin bayramların rəmzləri nümayiş olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31