BMU-nun gənc müəllimi Keele Universitetində tədqiqat aparıb
BMU-nun gənc müəllimi Keele Universitetində tədqiqat aparıb
14 Oktyabr 2019 11:18 SosialBakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının gənc müəllimi Süheyla Bəhlulzadə Erasmus + mübadilə proqramı çərçivəsində İngiltərənin Keele Universitetində olub.Olaylar.az-a verilən məlumata görə, üç ay müddətində bu universitetin Hesablama və riyaziyyat fakültəsinin təşkil etdiyi seminarlarda iştirak edən S.Bəhlulzadə burada tədqiqat aparıb, həmçinin dərslərə qatılıb.
Bundan başqa, S.Bəhlulzadə Keele Universitetinin müəllimləri və tələbələri üçün Azərbaycan, eləcə də BMU haqqında təqdimatlar edib.
Qeyd edək ki, Erasmus+ mübadilə proqramı əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Proqram ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə, gələcək məşğulluqları üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər.
BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi
.jpg)
.jpg)
.jpg)