"Maşın" şouda aparıcı beş illik rəfiqəsini çıxardı

Aparıcı Lalə Mustafayeva "Maşın" realiti şouda səsverməyə çıxıb.

Olaylar.az xəbər verir ki, Lalə Mustafayeva
58,61 faiz səs toplayaraq şouda qalıb.

O, şoudan beş il öncə tanıdığı müğənni Türkan Vəlizadəni çıxarıb. Aparıcı onun şəkilini atdığı üçün bu addımı atdığını deyib.

Türkan Vəlizadə isə "Yaxşlığa yaxşlıqla qarşılıq vermək lazımdır. Səni də vuracaqlar və burada qalmayacaqsan" deyə aparıcıya iradını bildirib.

Qeyd edək ki, "Maşın" şouda müğənnilər Niyam Səlami, aparıcılar Zümrüd Qasımova, Kəmalə Piriyeva və Suna Kasımoğlu iştirakına davam edəcəklər.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31