Tələbələr Mikrobiologiya İnstitutunun laboratoriyaları ilə tanış olublar
Tələbələr Mikrobiologiya İnstitutunun laboratoriyaları ilə tanış olublar
11 Oktyabr 2019 15:54 SosialAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin Biotibbi texnologiyalar mühəndisliyi üzrə ixsaslaşan tələbələr AMEA-nın Mikrobiologiya İnstitutunda olublar.
Olaylar.az-a verilən məlumata görə, institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovla görüşdə qonaqlara müəssisənin tarixi, beynəlxalq əlaqələri və mikrobiologiyanın müasir istiqamətlərinə dair aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib.
Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, həmçinin elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində həyata keçirilməsidir.
Sonra tələbələr institutun Mikrobioloji biotexnologiya laboratoriyasında aparılan elmi-tədqiqat işləri, eləcə də bütün labaratoriyalarla müasir iş prinsipi ilə tanış olublar.
Məqsəd gənclərin elmi potensialının yüksəldilməsi və gələcək üçün savadlı kadrların istiqamətləndirilməsi olub.



