“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş keçirilib

“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində tədbirlərini davam etdirir. "OLAYLAR"-a Agentlikdən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən "Sağlam məktəbli" layihəsi çərçivəsində növbəti görüşlər Xırdalan və Şəkidə keçirilib. AQTA əməkdaşları Xırdalan şəhəri 5 saylı tam orta məktəblə Şəki şəhəri 5 və 14 saylı tam orta məktəblərin şagirdləri ilə görüşüb.

Tədbirlərdə şagirdlərə Agentliyin fəaliyyət istiqaməti və layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31