BMT-nin xüsusi məruzəçi Ədliyyə Nazirliyində olub
BMT-nin xüsusi məruzəçi Ədliyyə Nazirliyində olub
11 Oktyabr 2019 14:17 SosialÖlkəmizdə səfərdə olan BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçi Hilal Elverin başçılıq etdiyi nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən qanunvericilik və institusional tədbirlər, istehlakçıların hüquqlarının məhkəmə müdafiəsinin təmin olunması, bu sahədə əhalinin maarifləndirilməsi, vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi barədə səmərəli fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb. Qida təhlükəsizliyi ilə bağlı fəaliyyəti tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi prosesində Ədliyyə Nazirliyinin daim iştirak etdiyi qeyd olunub.
Sonra Ədliyyə nazirinin müavini Azər Cəfərov ilə görüşən xanım H.Elver Azərbaycanın müstəqillik əldə etdikdən sonra sürətli sosial-iqtisadi inkişaf yolu keçdiyini vurğulayıb, səfərlə bağlı təəssüratlarını bölüşüb, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və yaradılan hər cür şəraitə görə minnətdarlığını ifadə edib. Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.