Nizami Gəncəvi və “Kəlilə və Dimnə” motivləri kitabı çap olunub
Nizami Gəncəvi və “Kəlilə və Dimnə” motivləri kitabı çap olunub
11 Oktyabr 2019 12:39 SosialAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 19 sentyabr 2019-cu il tarixli iclasının qərarı ilə "Nizami Gəncəvi və "Kəlilə və Dimnə" motivləri" kitabı nəşr olunmuşdur.Olaylar.az xəbər verir ki, kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, tərtibçi və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova, rəyçilər dosent Zəhra Allahverdiyeva və dosent Məsiağa Məhəmmədidir.
"Elm və təhsil" nəşriyyatında işıq üzü görən kitabda XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında xatırlanan "Kəlilə və Dimnə" hekayələri məsnəvidəki beytlərə uyğun ardıcıllıqla toplanmış, onlardan hasil olan nəticələr incələnmişdir. Gənclər və yuxarı sinif şagirdlərinin həm Nizami Gəncəvi yaradıcılığı, həm də qədim hind abidəsi "Kəlilə və Dimnə"dəki hekayələr ilə tanışlığı baxımından əhəmiyyətli olan kitab gənc nəslin yetişməsinə, vətənə, cəmiyyətə, müstəqil dövlətimizə layiqli şəkildə formalaşmasına göstərə biləcəyi müsbət təsiri cəhətdən də faydalıdır.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi