Pensiya alan qadınlar üstünlük təşkil edir

Pensiya alan qadınlar üstünlük təşkil edir

Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir. "Olaylar" Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hazırda ölkəmizdə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir. Onlardan 57 faizi (763 260 nəfər) qadın, 43 faizi (587 420 nəfər) kişidir. O cümlədən, yaşa görə pensiyaçıların 492 315 nəfərini qadınlar və 262 497 nəfərini kişilər, əlilliyə görə pensiya alanların 172 308 nəfərini qadınlar və 202 697 nəfərini kişilər, ailə başçısını itirməyə görə pensiya alanların 98 637 nəfərini qadınlar və 122 226 nəfərini kişilər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31