Avtomobili qaçıran Bərdə sakini tutulub

Avtomobili qaçıran Bərdə sakini tutulub

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bərdə şəhər sakini tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Bərdə RPŞ-yə müraciət edən şəhər sakini A.Əbilov "QAZ-3110" markalı avtomobilinin qaçırılmasını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi S.Paşazadə şəhər ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31