Keçmiş məhkumdan 2 kq tiryək götürülüb

Keçmiş məhkumdan 2 kq tiryək götürülüb

Biləsuvar polisi keçmiş məhkumda narkotik maddə aşkarlayıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əyricə kənd sakini, əvvəllər məhkum olunmuş V.Salmanovdan 2 kiloqramdan artıq tiryək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31