Deputat: “Elmə həvəskar şəkildə deyil, peşəkarcasına yanaşan gənclərin sayı ildən-ilə artmaqdadır”

Deputat: “Elmə həvəskar şəkildə deyil, peşəkarcasına yanaşan gənclərin sayı ildən-ilə artmaqdadır”

"Elmə həvəskar şəkildə deyil, peşəkarcasına yanaşan gənclərin sayı ildən-ilə artmaqdadır. Elmə həvəs və maraq göstərən, özünü elm aləmində sınamaq, özünü elmlə bağlamaq istəyən gənclərimizin əhatə dairəsi genişlənməkdədir".  "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, bir müddət öncə oğlanlarla bağlı hərbi xidmətdən möhlət hüququnun aradan qaldırlması nəticəsində, elmə həvəs göstərən gənclərimizin sayında bir qədər azalma, gerilməmə müşahidə olunurdu: "Belə ki, hərbi xidmətdən sonra əksər oğlanlar, oğlan tələbələr, aspirantlar  elmə bir o qədər həvəs göstərmir, bir çox hallarda da öz ixtisaslarına uyğun olmayan,  nisbətən daha gəlirli sahələrdə işləməyə üstünlük verirdilər. Amma bir neçə il öncə hərbi qanunvericiliyə edilən dəyişiklikdən, hərbi möhlət hüququnun bərpasından sonra elmə həvəs və maraq göstərən oğlanlarımızın, oğlan tələbələrin, aspirantların sayında bir artım, müsbət tendensiya mütləq şəkildə özünü göstərməkdədir. Həm də aspirantların, doktorantların təqaüdlərinin artırılması, gənclərə olan digər diqqət və qayğı nəticə etibarı ilə gənclərimiz arasında elmə böyük həvəs və maraq yaratmaqdadır. Yavaş-yaşaş da olsa, tendensiya müsbətə, inkişafa doğrudur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31