Qanunsuz siqaret və spirtli içki keçirmək cəhdinin qarşısı alınıb
Qanunsuz siqaret və spirtli içki keçirmək cəhdinin qarşısı alınıb
10 Oktyabr 2019 13:28 SosialQərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb. Belə ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Ford Transit 330", "VAZ-21099" markalı avtomobillər saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub. DGK-dan "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı vətəndaşlar nəqliyyat vasitələrində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində "Çarskaya Zolotaya" yazılan 6 ədəd 1 litrlik, üzərində "Russkiy Standart yazılan 6 ədəd 1 litrlik, üzərində "Novaya Vodka" yazılan 6 ədəd 700 ml.-lik, üzərində "Qomel Veçernıy" yazılan 3 ədəd 700 ml.-lik, üzərində "Çar Vodka" yazılan 1 ədəd 1 litrlik, üzərində "Çarskaya Vodka" yazılan 1 ədəd 1 litrlik və "Baileys Original" yazılan 4 ədəd 1 litrlik spirtli içkilər, üzərində "Qilzı popirosı" yazılan 200 ədəd tütün doldurmaq üçün kağız filtiri və "Marlboro Filter Plus" markalı 2000 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.