Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı: ÖLƏNLƏR VAR - FOTO

Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı: ÖLƏNLƏR VAR - FOTO

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. 

Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində (Xızı rayonu ərazisindən keçən hissəsində) qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.

Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib. 

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31