Mübariz İbrahimovun atasının durumu ilə bağlı - Açıqlama
Mübariz İbrahimovun atasının durumu ilə bağlı - Açıqlama
9 Oktyabr 2019 18:14 SosialBu şəhərdə" kollektivi Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim ibrahimovu ziyarət edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov məlumat yayıb.
Qəhrəmanın atası ilə foto paylaşan M.Abbasov A.Kərimovun özünü yaxşı hiss etdiyini bilirib.
"Allaha şükürlər olsun ki, indi özünü yaxşı hiss edir. Hərtərəfli dəstəyə görə Ağakərim Əmi Heydər Əliyev Fonduna dərin təşəkkürü bildirir", - o yazıb.
Qeyd edək ki, A.İbrahimov 2 gün əvvəl Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatı keçirib və ürəyinə stend qoyulub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31