Bakı sakinini döyərək pulunu alan dəstə ifşa edilib
Bakı sakinini döyərək pulunu alan dəstə ifşa edilib
9 Oktyabr 2019 16:22 SosialSoyğunçuluqla məşğul olan Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Abşeron RPİ-yə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-də saat 3 radələrində 4 nəfərin onu döyərək 550 manatını aldıqlarını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov polis əməkdaşları tərəfindən saxlanılmışlar. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31