Qonşusunun boynundan 1200 manatlıq qızıl boyunbağını qıraraq aparıb
Qonşusunun boynundan 1200 manatlıq qızıl boyunbağını qıraraq aparıb
9 Oktyabr 2019 16:18 SosialQonşusunun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq aparmaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsinə müraciət edən Suraxanı qəsəbəsində yaşayan bir qadın oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq aparmasını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş qəsəbə sakini E.Səfərov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31