Uydurmaya bənzəyən real faktlar - Bir vərəqi 42 dəfə qatlamaq mümkün olsaydı, o aya qədər uzanardı
Uydurmaya bənzəyən real faktlar - Bir vərəqi 42 dəfə qatlamaq mümkün olsaydı, o aya qədər uzanardı
9 Oktyabr 2019 16:14 SosialReallıq hər hansısa uydurmadan çox fantastikaya bənzəyir.
Olaylar.az "i-fakt.ru"-ya istinadən bildirir ki, Buna sübut olaraq müəyyən etibarlı faktlar var:
1. Kosmosda olan ulduzların sayı, dünyadakı bütün çimərliklərdə olan qum dənəciklərin sayından çoxdur.
2. Ehtimal olunur ki, siz içdiyiniz suyu vaxtilə dinozavrlar da istifadə etmişdir.
3. 19 əsr ərzində insanların çəkdiyi şəkil, bizim hər iki dəqiqədə çəkdiyimiz şəkildən azdır.
4. Kleopatra böyük piramidaların tikildiyi dövrdə yox, ayfonun ixtira edildiyi dövrə yaxın yaşayıb.
5. Rusiyanın sahəsi Plutonun səthinin sahəsindən böyükdür.
6. Begemotun südü çəhrayı rəngdədir.
7. Barbi gəlinciyinin bütöv adı - Barbara Millisent Robertsdir.
8. Yerkökü VII əsrə kimi bənövşəyi rəngdə olub.
9. Mavi balinanın ürəyi o qədər böyükdür ki, onun arteriyaları arasında insan üzə bilər.
10. Dişi armadillər hər zaman 4 eyni yumurta əkizləri dünyaya gətirir.
11. Təkbuynuzlu at Şotlandiyanın milli heyvanı hesab olunur.
12. Banan, avokado və qarpız - giləmeyvə, çiyələk isə giləmeyvə deyil.
13. Misirlilər Böyük Piramidaları tikdikdən 1000 il sonra mamontlar məhv olmuşdular.
14. Əgər Günəşi insanın qan hüceyrəsi qədər kiçiltsək, Süd yolu ABŞ-ın ölçüsü qədər olar.
15. İnsanın DNT-si, bananın DNT-si ilə 50% oxşardır.
16. Alyaska Amerikanın şərq, qərb və həm də şimal ştatıdır.
17. Plutonun planetlikdən ləğv olunmasının səbəbi onun heç vaxt öz orbiti ilə Günəş ətrafında tam dövr etməməsindədir.
18. Bal keyfiyyətini itirmədiyinə görə onun son saxlanma müddəti yoxdur.
19. Ehtimal olunur ki, Saturn və Yupiterdə almazdan yağış yağır.
20. Tısbağalar xarici ifraz orqanı ilə nəfəs ala bilirlər.
21. Dünyadakı hər insana 1,6 milyon qarışqa düşür. Qarışqaların ümümi kütləsi təxmini olaraq dünyada olan bütün insanların ümumi kütləsinə bərabərdir.
22. Ahtapotun üç ürəyi var.
23. Bir stəkan suda olan atomların sayı, dünyada olan bütün okeanın stakanla ölçülmüş miqdarından çoxdur.
24. Bir vərəqi 42 dəfə qatlamaq mümkün olsaydı, o aya qədər uzanardı.
25. Əgər Yer kürəsinin mərkəzinə doğru quyu qazıb ora bir kitab atsaq, kitab mərkəzə 42 dəqiqəyə çatar.
26. İnsan orqanizmində bakteriyalar hüceyrələrdən 10 dəfə çoxdur.
27. Fıstıq qoz deyil. O yerdə bitdiyinə görə, paxlalılar fəsiləsinə aiddir.