Ayaqqabının içində atasına telefon ötürmək istədi

Ayaqqabının içində atasına telefon ötürmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2; 66.5; 66.3; 178.3.2-ci maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Adıgözəlov Toğrul Rza oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu Bakı şəhər sakini Adıgözəlov Taleh Toğrul oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan ayaqqabının içərisində gizlədilmiş 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31