Birgə səyyar təlimlərə start verildi

Birgə səyyar təlimlərə start verildi

Respublikamızda reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji məqsədlərdən biri də mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin artırılmasıdır. Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi bu məqsədlə yeni tədris modulları əsasında təlimlər təşkil edib. Xatırladaq ki, bu günə qədər Lənkəran, Şamaxı, Bakı, Gəncə, Gədəbəy şəhərlərində müxtəlif ixtisasartırma kursları uğurla həyata keçirilib. Təlimlərin qısa müddətdə daha da səmərəli keçirilməsini təmin etmək məqsədi ilə, Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi oktyabr-dekabr aylarında mədəniyyətin səyyar briqadalarından istifadə etmək qənaətinə gəlmişdir.

İlk dəfə olaraq, Salyan şəhərində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyətin səyyar briqadaları silsilənin ilk qısamüddətli təlim keçirilib. Səyyar briqadalar mədəniyyət siyasətinin həyata keçirilməsini daha aktiv, mobil və əlverişli şəkildə təmin etmək məqsədilə təşkil edilib. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə birlikdə kreativ yanaşmalar tətbiq olunub.

Birinci səyyar briqadasının üzvləri, Mərkəzin direktoru Asif Usubəliyev "Mədəniyyət evlərinin sosial statusu: problemlər və müasir tendensiyalar", əməkdaşları Nurəddin Babazadə "Mədəniyyət müəssisələrinin fəaliyyətnin təbliği əsasları", Nəzakət Rəhmanova "Yeni formatlı tədbirlərdə aparıcının nitq xüsusiyyətləri", Elnur Hacıbabayev "Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları", Elmira Məmmədli "Mədəniyyət müəssisələrində kargüzarlıq işlərinin təşkili", Nadir Məmmədov "Klub işinin təşkili", Bakı şəhər 8 Mart adına Mədəniyyət Evinin direktoru Rüfət Məmmədov "Mədəniyyət evlərinin müasir fəaliyyət növləri", Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Rüfət Mamayev "Mədəniyyət evlərinə gənclərin cəlb olunması formaları" mövzularda təlimlər təqdim ediblər.

Daha sonra fikir mübadiləsi səpgidə davam edən təlimdə dinləyicilər mədəniyyət müəssisələrin fəaliyyətinin əlaqələndirilmiş şəkildə təşkil olunmasının vacibliyi haqqında öz mülahizələri ilə bölüşmüşlər.

Sonda təlim dinləyicilərinə iştirakçı sertifikatları təqdim olunub. Növbəti dəfə səyyar briqadalar Lənkəran şəhərinə yola düşəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31