Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Bərdədə təlim keçirib
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Bərdədə təlim keçirib
8 Oktyabr 2019 15:59 SosialBMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri Bərdə rayonunda yerləşən Şirvanlar kəndinin sakinlərindən seçilmiş Su İstifadəçiləri Komitəsinin 9 üzvü üçün təlim keçirib. Təlim iştirakçıların aktiv iştirakını təmin etmək üçün interaktiv şəkildə təşkil olunub.
"OLAYLAR" -a daxil olan məlumata görə, təlimin gedişi zamanı komitə üzvləri ilə gələcək əməkdaşlıq haqqında saziş imzalanıb. Təlimin yekununda BMqT mühəndislərinin komitə üzvləri ilə görüşüb kəndin bərpa olunmağı planlaşdırılan Qobu kəhrizi haqqında ətraflı məlumat vermələri razılaşdırılıb.
Qeyd edək ki, Şirvanlar kəndində Su İstifadəçiləri Komitəsi BMqT tərəfindən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı" layihəsi çərçivəsində icma üzvlərinin potensialını artırmaq və su qaynaqlarını idarə etmək üçün yaradılıb.
Dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.