Evdən 6 min manatlıq qızıl aparılıb

Evdən 6 min manatlıq qızıl aparılıb

Qusarda evdən 6 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ş.Əfəndiyevin ətrafında Qusar RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 8-də rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31