Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb
Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb
8 Oktyabr 2019 15:21 SosialBaş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedez Benz Viano" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda qapı örtüyünün iç hissəsindən üzərində "Çistıe Rosı" yazılan 11 ədəd 700 ml-lik spirtli içki aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31