Deputat Baş nazirə tövsiyyələrini verdi
Deputat Baş nazirə tövsiyyələrini verdi
8 Oktyabr 2019 13:25 Sosial"Əli Əsədovun Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəyinə inanıram". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov deyib: "Biz komitələrdə, parlamentdə müzakirələr zamanı təkliflər veririk. Baş Nazirdən xahiş edirəm ki, millət vəkillərinin təkliflərinə diqqət yetirilsin. İkincisi, Prezident İlham Əliyev son illər iqtisadi inkişafla bağlı ciddi addımlar atır. Prezidentin hədəflərindən biri iqtisadiyyatın inkişafının neft deyil, qeyri-neft sektorunun inkişafından asılı olmasına çalışır. Qeyri-neft sektorunda müəyyən inkişaf olsa da, bu, yetərli deyil. Mən Baş Nazir kimi sizdən qeyri-neft sektorunun, sənayenin inkişafına diqqət yetirməyi xahiş edirəm. Üçüncüsü, Hesablama Palatası büdcə layihələrinə ciddi iradları olur, o iradlara və millət vəkillərinin təkliflərinə diqqətlə yanaşmağı xahiş edirəm. Digər tərəfdən, büdcə layihəsi həcmcə çox böyük olur, məncə 100 səhifəlik layihə kifayətdir". Vahid Əhmədov