Akademik Rus Dram Teatrının aktyoru vəfat edib
Akademik Rus Dram Teatrının aktyoru Aleksey Saprıkin dünyasını dəyişib.
Olaylar.az axşam.az-a istinadən bildirir ki, 65 yaşlı aktyor bu gün vəfat edib.
Qeyd edək ki, Aleksey 1955-ci ildə Bakıda anadan olub. 1991-ci ildən aktyor kimi çalışır. 2008-ci ildən isə Akademik Rus Dram Teatrının aktyorudur.