Azərbaycan Danimarkada keçirilən İntqerasiya Günü təbdirində təmsil olunub

Azərbaycan Danimarkada keçirilən İntqerasiya Günü təbdirində təmsil olunub

Danimarkanın paytaxtı Kopenhagen şəhərində hər il təşkil olunan  "İnteqrasiya Günü" tədbirində Azərbaycan da ənənəvi olaraq təmsil olunub. Bu barədə "OLAYLAR"-a məlumat verən Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi deyib ki, "İnteqrasiya Günü  - 2019" tədbirini Frederiksberq Bələdiyyəsinin burqmesteri Simon Aggesen  acaraq, qonaqları salamladı: "Burqmester Kopenhagendə fəaliyyət göstərən səfirlikləri və öz vətənlərini təmsil edən  cəmiyyətlərə tədbirdə iştirak etdiklərinə görə təşəkkür etdi. Bu tədbirin Danimarka ictimayyetinə inteqrasiyada zəruri rolu olduğunu bir daha vurğuladı. Danimarkada Azərbaycan səfirliyi fəaliyyət göstərmədiyi üçün, hər il olduğu kimi Azərbaycanı bu tədbirdə Danimarka Vətən Cəmiyyəti olaraq biz təmsil edirdik".

Səfər Sadiqi deyib ki, tədbirdə Azərbaycanı təbliğ edən guşə iştirakçıların marağına səbəb olub: "Vətən Cəmiyyətinin numayəndələri danimarkalılara və şəhərin qonaqlarına Azərbaycan barədə ətraflı məlumat verdilər. Azərbaycanın tarixi, mədəniyyətinə aid olan kitab və burojurlarla yanaşı Azərbaycan şirniyyatları danimarkalılara təqdim olundu. İnteqrasiya Gününə xüsusi zövq verən  " Cırtdan " yaradıcılıq qrupunun çıxışları tədbir iştirakçılarının marağına səbəb olub. Frederiksberq bələdiyyəsi tərəfindən "Cırtdan " yaradıcılıq qrupuna hədiyyələr təqdim olunub". Səfər Sadiqi onu da qeyd edib ki,  Kopenhagendə fəaliyyət göstərən erməni cəmiyyətinin nümayəndələri tədbirdə iştirak etməyiblər: "Ancaq Vətən Cəmiyyətinin nümayəndələri hər il olduğu kimi bu il də Azərbaycanı layiqincə təmsil etdilər"

Qeyd edək ki, Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi    Kopenhagendə fəaliyyət göstərən xarici ölkə səfirlərilə söhbətində onlara Azerbaycanın bu günkü inkişafı, əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31