Milli Məclis razılıq verdi- Əli Əsədov Baş nazir təsdiqləndi
Azərbaycanın Baş naziri Novruz Məmmədov vəzifəsindən istefa verib.
8 Oktyabr 2019 12:18 SosialAzərbaycanın Baş naziri Novruz Məmmədov vəzifəsindən istefa verib. Onun yerinə Prezidentin iqtisadi məslələr üzrə köməkçisi Əli Əsədov namizəd göstərilib. Milli Məclisin bugünkü plenar iclasında Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılıb. "Olaylar" xəbər verir ki Spikeri Oqtay Əsədov çıxışında bildirib ki, Novruz Məmmədov istefaya getməsi ilə bağlı özü müraciət edib: "Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət edib. 1997-ci ildən etibarən Prezident Aparatında işləyib, son 1 il 6 ayda isə ölkənin Baş naziri funksiyasını yerinə yetirib. Bu fəaliyyətinə görə Novruz Məmmədova təşəkkür edirəm".
Ölkə parlamenti Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən bu barədə qərar qəbul edib.
Qeyd edək ki, bu günə qədər Baş nazir postunu tutan Novruz Məmmədov 2018-ci il 21 aprel tarixində təyin olunmuşdu.