“Get hoppan, sən də oldun 3-cü dovşan” - Müğənnidən aşığa sərt sözlər
“Get hoppan, sən də oldun 3-cü dovşan” - Müğənnidən “Maşın”ı tərk edən aşığa sərt sözlər
8 Oktyabr 2019 11:12 SosialXəbər verdiyimiz kimi, dünən "Maşın"da Məcid Hüseynov güclü iştirakçılardan sayılan aşıq Namiq Fərhadoğlunu şoudan kənarlaşdırıb.
Şoudan kənarlaşdırılan aşıq haqqında müğənni Kərim Abbasov sərt fikirlər səsləndirib. Sosial şəbəkədə Namiq Fərhadoğlunun fotosunu paylaşan müğənni "Namiq, get hoppan. Sizi bax belə dənləyərlər. 2 dovşan getmişdi, sən də oldun 3-cü dovşan. Mənim "Maşın" serialım burada da bitdi. Oyunçu aparsın".
"Maşın"ı tərk edən meyxanaçı Aqşin Fateh isə aşığa dəstək olub:
"Gəl dağlar oğlu gəl, sənə demişdim, məni satdığı kimi Məcid səni də satacaq! Onun üçün artıq heçnə yoxdur!"
Xatırladaq ki, Aşıq Namiq səs toplayaraq, Kərimi ilk oyundan kənarlaşdırıb.

yenisabah.az